AZƏRBAYCAN QORUQLARI
İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır,
ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir.
Heydər Əliyev, Ümummilli lider
2.
Mətnləri oxuyun, vahid bir mətn şəklində sistemləşdirin. Yeri
gəldikcə “Qa-
nun” un maddələrindən istifadə edin.
1. Bəsitçay Dövlət Təbiət Qoruğu
Zəngilandadır. O, 0,1 min hektar ərazidə nadir
çinarlığı qorumaq məqsədilə yaradılmışdır.
Kiçik Qafqazın
cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca yerləşmişdir.
Qoruğun ərazisi, əsas etibarilə, Bəsitçayın çay yatağı boyunca
15 km uzunluğunda olan ərazini əhatə edir.
Qoruq ərazisi adi arid meşələri ilə həmsərhəddir. Bəsitçayın sağ
sahil yamacları üçün
Gürcüstan palıdı və
Qafqaz vələsi, çoxmeyvəli
ardıc kolları, kütyarpaqlı iydə və s. ağaclar səciyyəvidir. Orta
yaşı 170 ildən artıq olan çinar ağacları qoruq ərazisinin 93%-ni
təşkil edir.
Bu çinarlıq dünyanın ən böyük çinarlıq massividir.
2. Qızılağac Dövlət Təbiət Qoruğu
1929-cu ildə Lənkəran rayonu ərazisində
yaradılmışdır. Sahəsi 88360 hektardır. Qızılağac və
Kiçik Qızılağac körfəzləri
və onların sahil zolaqlarını əhatə edir. Təqribən, 50%-i su
akvatoriyasıdır. Su quşlarının qışladığı əsas yerlərdəndir.
Sahil zonasında göl və bataqlıqlar var. 22 dəstədən və 248
növdən ibarət su, bataqlıq və çöl quşları mühafizə olunur. Qışda
körfəzlərin dayaz hissələrində və şirin su hövzələrində qaz,
ördək, qu quşu, qutan, qızılqaz, qarabatdaq, qaşqaldaq, Misir
vağı, dovdaq, bəzgək, sultan toyuğu, turac və s. quşlar
yuvalayır. 30 balıq növü vardır.
Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildə beynəlxalq
əhəmiyyətli qoruqlar siyahısına daxil edilmişdir. Ərazisi və
ətrafı su, bataqlıq və yarımsəhra bitkilər ilə zəngindir.
3. Mətnlərdə altından xətt çəkilmiş sözlərin böyük hərflə
yazılmasının səbəbini deyin.
4. Mətnlərdə statistik göstəricilər nə üçün sözlə deyil, rəqəmlə
verilmişdir?
5.
1-ci mətndə tünd şriftlə verilmiş cümlədə elə dəyişiklik edin
ki, çinarlıq sözü bir dəfə işlənsin.