13.
Mətndə (səh. 9) mötərizədə verilmiş sözlərdən hansının işlənməsi
daha məqsədəuyğundur?
14.
Uyğunluğu müəyyənləşdirin.
müəyyən edilmiş ölçü vahidinin
dəqiq nümunəsi
hər hansı bir məmulatın haqqında
təsəvvür yarada biləcək hissəsi
hər hansı bir şey üçün ölçü
nümunəsi, müqayisə üçün nümunə
15.
Örnək, nümunə, etalon sözlərini leksik mənalarına əsasən
cümlələrdə yerləşdirin.
-
Biz hələlik vətənin yüksək dağlarına çəkiləcəyik, orada
bütün bəşə-
riyyət üçün .......ola biləcək bir ölkə düzəldəcəyik.
(C.Cabbarlı)
-
Azərbaycan bütün şərqə ......göstərilən azad bir ölkədir.
-
Təhvil verilən məhsulun keyfiyyətini əvvəlcədən müəyyən
edilmiş
.......əsasında yoxlayırlar.
16.
Etalon sözü termin kimi işlənə bilərmi? Fikrinizi
nümunələrlə əsaslandırın.
17.
Poemada (səh. 11) yer sözünün ifadə etdiyi mənalara
diqqət yetirin. Müəyyən etdiyiniz mənalar əsasında həmin sözləri
cümlədə işlədin.
18.
Sinonimlər cərgəsini tamamlayın.
inam, ... , ...
19.
Mətndəki (səh. 8) əvvəlcə sözünün 1-ci abzasda sinonimini
tapın. Sizcə, bu söz mətndəki sözü əvəz edə bilərmi?
20.
Poemada (səh. 11) hansı sözlərdə fonetik norma pozulmuşdur?
21.
Mətndə (səh. 9) sonuncu abzasda nöqtələrin yerinə uyğun şəxs
şəkilçiləri
artırın.
22.
Həm mətndə (səh. 8), həm də poemada sual cümlələrini seçib
onların adi sual cümləsi, yaxud bədii sual olduğunu
müəyyənləşdirin. Nə üçün “Təhsil haqqında” Qanunda sual
cümlələri yoxdur?