bitki və heyvan növləri və sair) yerləşdiyi ərazilərdə
(torpaq və su məkanı (akvatoriya) sahələrində) yaradılır.
–
Dövlət təbiət qoruqlarının əraziləri respublika
əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə
aiddir və bu ərazilərə xüsusi mühafizənin hüquqi rejimi
tətbiq edilir.
–
Dövlət təbiət qoruqları elmi təşkilatların və əlaqədar
təşkilatların rəyi nəzərə alınmaqla, müvafiq dövlət
orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə təşkil edilir.
–
Dövlət təbiət qoruqlarının təşkili üçün ayrılmış torpaq
sahələri onların daimi istifadəsinə verilir.
–
Dövlət təbiət qoruqlarının torpaqlarından, habelə onun
hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən
təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağan
edilir.
–
Hər bir dövlət təbiət qoruğunun əsasnaməsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.