–
Xüsusi mühafizə olunan təbiət əraziləri - xüsusi ekoloji,
elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan
təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli
kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan
növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat
dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya
müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və
onların üzərindəki atmosfer məkanıdır.
–
Xüsusi mühafizə olunan təbiət obyektləri - elmi, mədəni,
estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli
kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi
mühafizə rejimi zooloji, botanik, dendroloji, hidroloji,
geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və
torpaq obyektləridir.