Bakı qədim şəhərdir. Doğrudur, onun məhz hansı əsrdə salındığı hələ dəqiq müəyyən edilməmişdir. Lakin Bakının özündə və ətraf kəndlərində arxeoloqların apardığı qazıntılar nəticəsində tapılan tarixi abidələr, saxsı qablar, daş sandıqçalarda dəfn edilmiş adamların sümükləri və sairədən məlum olur ki, onun yaranma tarixi eramızdan əvvəlki əsrlərə gedib çıxır. 1826-cı ildə Bakıda olmuş görkəmli səyyah Zeynalabdin Şirvani yazırdı: “Bakını Badkubə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Bəzən elə güclü əsir ki, şəhərin böyük tikililərini də (xəsarətə, dağıntıya) uğradır. Buna görə burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər”.
“Badkubə” sözünün yaradılması daha sonrakı əsrlərə aiddir. XVIII əsrdən başlayaraq, bir çox mənbələrdə Bakı sözünün bu formasına tez-tez təsadüf olunur. Bu, iki fars sözündən (düzəldilmədir, əmələ gəlmişdir, yaranmışdır): “Bad” - külək, “kubə” - döyən deməkdir. Yəni küləkdöyən. Görünür ki, bu şəhərdə tez-tez şiddətli küləklər əsdiyindən bəziləri onu belə (adlandırmışlar, çağırmışlar). Hətta bəzi mənbələrdə Azərbaycan dilində “Yeldöyən” sözünə də rast gəlmək mümkündür. Alimlərin dediyinə görə, şəhərin adı lak sözü “baki”dən (təpə deməkdir) əmələ gəlmişdir. O dövrlərdə Bakı təpələr üstündə salındığından bu fikirdə müəyyən dərəcədə bir həqiqət vardır. Türklərin məşhur “İslam ensiklopediyası”nda isə bu sözün Bəy-köy türk sözlərindən düzəldiyi (iddia olunur, yazılmışdır). Bəy-köy “baş şəhər” deməkdir.