Bakı Vətən yolunda şəhid olmuş igidləri üçün öz qoynunda ən uca yer ayırmışdır. Şəhidlər xiyabanı ziyarətgahıdır Bakının...
Bu əziz şəhər tarix boyu ağır, acı günlər də görüb, işğalçı qoşunlarla cəngə də girib. Həmişə də azadlıq savaşlarından ləyaqətlə çıxıb, sınmayıb. Varlığını qoruyub...
Şirvanşah I Xəlilullah zamanında Bakıdakı Şirvanşahlar sarayının bəzi binaları tikildi. Bu saray tikililəri ansamblı orta əsrlər Azərbaycan memarlığının ən gözəl abidələrindən biri olub, XV-XVI əsrlər ərzində müxtəlif vaxtlarda tikilmiş bir sıra binalardan ibarətdir.
Həmin vaxta qədər Şirvanşahların iqamətgahı Şamaxı şəhəri idi. Lakin XV əsrdən çox möhkəmləndirilmiş qalalardan biri və Xəzər dənizində əsas liman olan Bakının iqtisadi və siyasi yüksəlişi ilə əlaqədar Şirvanşah I Xəlilullah Bakını özünün yeni iqamətgahı seçdi.