Qız qalası!
Namus qalası!
Diş-diş qala divarları... Bu keçilməz (sədd, sərhəd) Bakıya xoş niyyətlə gələn hər kəsə yüz yerindən yol verib, qapı açıb. Möhtəşəm qala qapıları qonağa ehtiram və məhəbbət nişanəsidir. Ancaq bədxahlar önündə bu qalanın hər daşı bir ox olub, yaman gözlərə bıçaq kimi sancılıb. Küçələri yüz yaşlı bir nənənin mehriban üzü kimi qırış-qırış İçərişəhər... Hər daşında, hər tinində, döngəsində tarixin acı və şirin xatirələri var.
Bakı Şərqin şəhəridir! Məscidlərin qübbələrini, minarə ucalıqlarını günəş nuru yuyur, ay işığı aydınladır. Di gəl?ki Şərqin şəhəri Bakı dünyaya bənzəyir. Şərq, Qərb, Şimal, Cənub - yer üzünün bütün cəhətləri və bu cəhətlərdə binə tutan şəhərin cizgiləri Bakıda qaynayıb qovuşur. Bakı dünyanın şəhəridir!
Bakı həm?də tarixin şəhəridir. Amma onun damarlarından axan qan bu günün, gələcəyin eşqi ilə vurur.
Azərbaycanın (baş, əsas) şəhəri, müstəqillik yoluna qədəm qoyan bir məmləkətin paytaxtı Bakı yer üzünün dörd bir guşəsinə səpələnmiş 34 milyonluq soydaşımızın ümid çırağıdır. Bakı övladlarının məhəbbətinə, qüruruna layiqdir!
Zaman-zaman küçələrində isti, tozlu küləkləri at çapan, havası neft qoxuyan, yaşıllığı (kasad, az) olan Bakı bu gün yaşıl meydanlar, geniş və nurlu küçələr, parklar, bağlar şəhəridir. Azərbaycanın ən iri yaşayış, sənaye, ticarət, mədəniyyət, elm və təhsil mərkəzidir Bakı...
Mədəni ənənələrin davam etdirilməsi Bakının (çağdaş, müasir) görkəminə məzmunlu çalarlar gətirir. Bakı millət və xalq yolunda öz ömrünü şam kimi əridən