22.
Mətndə (səh. 140-141) altından xətt çəkilmiş hansı sözlərdən sonra
vergül işarəsi səhv qoyulmuşdur?
23.
Mətndə (səh. 141) tünd şriftlə verilmiş cümləni sadə şəkildə
yazın.
24.
Mətndə (səh. 141) 6-cı abzasda mötərizədə verilmiş feillər hansı
zamanda işlənməlidir? Niyə belə hesab edirsiniz?
25.
Mətndə (səh. 142) yaşıl rəngdə verilmiş cümlədə durğu işarələrini
bərpa edin. Həmin cümlənin hansı sxemə uyğun olduğunu deyin.
26.
Mətndə (səh. 140-142) hansı cümlələrdə fikir aydın deyil? Həmin
cümlələri seçib dilimizin qrammatik quruluşuna uyğun şəkildə
yenidən işləyin.
27.
Mətndə (səh. 143) Novruz adətlərindən danışarkən müəllif daha çox
nəqli keçmiş zaman feillərindən (edərmişlər, görərmişlər və
s.) istifadə edir. Sizcə, bu nə ilə bağlıdır?
28.
Novruz bayramı, onun tarixi və yaranması ilə bağlı təqdimat
hazırlayın. İnşa da yaza bilərsiniz.
Mart ayı bayramlar ayı olsa da, eyni zamanda, həmin ayın son günü
tariximizin daha qanlı və şanlı bir səhifəsinin anım günüdür.
Novruz tətili günlərində “Mart ayı: Sevinc və kədər” mövzusunda
dəyirmi masa keçirin. (Fərqli ad seçə bilərsiniz.)
Dəyirmi masanı keçirmək üçün:
Həmin tarixlə bağlı sorğu da keçirə bilərsiniz. Sorğunun
nəticələrini dəyirmi masada işıqlandıra bilərsiniz.