12.
Mətndə (səh. 143) bunlardan biri haqqında danışılmır:
A) Novruz sözünün etimologiyasından
B) Novruz sözünün mənşəyindən
C) Novruz bayramının müxtəlif adlarla adlandırılmasından
D) Novruzda keçirilən adət-ənənələrdən, tədbirlərdən
E) Novruzun elmi izahından
-
Novruz bayramının daha hansı atributlarını tanıyırsınız?
13.
Mətndə (səh. 141) fərqləndirilmiş cümlədə hansı sözü çıxarsaq,
məzmunda dəyişiklik baş verməz?
14.
Mətndə (səh. 141-142) mötərizədə verilmiş sözlərdən uyğun olanını
seçin.
15.
Soyuq sözünün mətndə (səh. 141) həqiqi, yoxsa məcazi mənada
işləndiyini deyin.
Soyuq hava, soyuq münasibət, soyuq divar, soyuq baxış, soyuq
rəftar
birləşmələrinin hansının həqiqi, hansının məcazi mənada olduğunu
əsaslandırın.
16.
Bunlardan biri
məzhəkəçi sözünün izahıdır.
- dram teatrının aktyoru
- oyun və yaxud gülməli sözlərlə insanları güldürən adam
17.
Mətnin birinci abzasının son cümləsində işlənmiş (səh. 140)
gözəl
sözünü onun sinonimləri ilə əvəz etmək olarmı?
18.
Gözəl və
göyçək sözlərini uyğun misralarda
yerləşdirin.
......bir bağçada bir bülbül vardı,
Budaqdan-budağa uçub qonardı. (S.Vurğun)
Gülür təbiətin o .....qızı
Üfüqlər qırmızı, göylər qırmızı. (S.Vurğun)
19.
Gözəl sözünü
yaraşıqlı, məlahətli, mənzərəli, səfalı, əlverişli, yararlı
mənasında cümlələrdə işlədin.
20.
M.Şəhriyarın Yumurtanı göyçək boyardıq cümləsində hansı
norma pozulmuşdur? Niyə belə hesab edirsiniz?
21.
Məntiqi ardıcıllığı tamamlayın.
Yaz - qış
böyük - .....
yaylaq - .....
kütləvi - .....