Qədimdə qoyunçunun ixtiyarında indiki təqvim yox idi və onlar lazım olan vaxtı bilmək üçün zaman-zaman sınaqdan keçirdiyi təcrübələrinə arxalanırdı. O, kəsilmiş qoyunun quyruğundan bir parça alıb sininin içində axşamdan ayaza qoyur. Səhər durub baxırmış. Əgər sinidəki quyruqda donma əlaməti varsa, deməli, yerə quzuların ağzına yara salan şeh gəlib. Quzuları yaylaqdan arana endirmək vaxtıdır. Bu səbəbdən də avqusta “quyruqdonan ay” deyilir. Ayın “quyruqdoğan” adlanması isə ulduzlarla bağlıdır. Belə ki avqust ayında göy, səma gecələr çox aydın, açıq olduğundan quyruqlu ulduzlar da görünür. Buna görə avqust ayı həm də “quyruqdoğan ay” adlanır.
Çox əski çağların məhsulu olan xeyir-şər dünyagörüşü adamlarda qışa şər, demenoloji qüvvələrin əməli kimi baxmaq hissləri aşılayıbmış. Odur ki, bu “yağı”nı - qışı saymamaq, ona qarşı mübarizə aparmaq cəhdi hələ qış fəslinin başlanmasına bir ay qalmış icra olunan xüsusi bir mərasimdə də açıq-aydın görünməkdədir. “Kövsəc” adı ilə tanınan bu mərasim çox-çox qədimlərdə “Azər” adlanan bayramın mərasimlərindən biridir. “Azər” bayramı və onun digər mərasimləri, ayinləri unudulsa da, “Kövsəc” mənbələrdə qoruna-qoruna yaşamışdır.
“Kövsəc” mərasimi, adətən, noyabrda - qırovdüşən ayda icra edilərmiş. Mərasim iştirakçıları, əsasən, bədənə istilik verən yeməklər, misal üçün, yağlı ət, istiot qatılmış xörəklər yeyərmişlər. Özünü gülməli vəziyyətə salmış, paltarının cır-cındırı tökülən bir nəfər qatıra minib meydana çıxır və əlində də tükü tökülmüş qarğa müqəvvası tutarmış. Yan-yörədəkilərin onun üstünə soyuq su (səpmələrinə, çiləmələrinə) baxmayaraq, o, çox vaxt saymazyana “İstidir! İstidir!” - deyə bağırarmış (Y.V.Çəmənzəminli).
Çox qədim zamanlarda keçirilmiş “Səddə” bayramı da insanların qışa qarşı münasibətlərini, qışdan qorxmadıqlarını nümayiş etdirən bir bayramdır. Novruza nə az, nə çox, düz əlli gün qaldığını bildirmək üçün icra olunan “Səddə” bayramında insanlar axın-axın gəlib əvvəlcədən təyin olunmuş meydana (toplaşmaq). Meydanda böyük bir tonqal (yandırmaq). Toplaşanlar əl-ələ tutub tonqalın çevrəsinə (dolanmaq), şənlik (keçirmək), rəqs edib əyləncəli tamaşalar (göstərmək).
N.Gəncəvi “İsgəndərnamə” poemasında “Səddə” bayramını belə təsvir etmişdir: