Maddə 32. Təhsilalanların hüquq və vəzifələri
32.3.
Təhsilalanların hüquqları aşağıdakılardır:
32.3.1
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil
müəssisəsinə qəbul olunmaq;
32.3.2.
təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası,
təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst
seçmək;
32.3.4.
müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və
sinifdənkənar məşğuliyyəti, o cümlədən dərsdənkənar
məşğələni (fakültativ kursları) seçmək;
32.3.9
fasiləsiz təhsil almaq;
32.3.10.
həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil
şəraiti ilə təmin olunmaq;
32.3.16.
təhsil prosesinin təşkilində və idarə olunmasında fəal
iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə
etmək.
32.5.
Təhsilalanların vəzifələri aşağıdakılardır:
32.5.1.
dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və
vərdişlərə yiyələnmək;
32.5.1-1.
üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək,
verilən tapşırıqları
vaxtında və keyfiyyətlə yerinə yetirmək;
32.5.2.
pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
32.5.3.
təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət
etmək;
32.5.4.
dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk
etmək;
32.5.5.
təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik
normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl
etmək;
32.5.6.
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə
yetirmək.