20.
Aşağıdakı cümlələri cədvəl əsasında qruplaşdırın.
1. Qəlbindəki ilk yara tazaydı, builkiydi, Onu bu hala salan
nobarıydı, ilkiydi. (S.Rüstəm) 2. Sahillərində yaşayan
hər xalq, hər qəbilə səni öz dilində bir cür adlandırıb...
Cabbarlının “Quzğunu” göy Xəzərim mənim! Sahillərindən kimlər
keçib, sularında kimlər üzməyib? Neçə cahangirlər at oynadıb, nə
qədər vətən oğlu-qızı azadlığını qanı bahasına müdafiə edib?
(Ə.Cəfərzadə) 3. Tərlanım, tərlanım, bir qalx havaya, Bir
yazığın gəlsin mən binəvaya. (S.Vurğun) 4. Bir tərəf
sıldırım qayalıq, təpəlik, bir tərəf dəniz. (Ə.Cəfərzadə)
5. Havada bahar iyi duyulurdu. Soyuq idisə də, bu mart soyuğu
idi, baharın ərəfəsi. (Anar) 6. Haradan? Sinifdə otuz
adam var. Adam çox, rübə az qalıb. Mənə növbə çatmaz.
(Anar) 7. Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı
dünyadan necə əl çəkim? (M.Müşfiq)
Təkrir |
Bədii sual |
Bədii təzad |
Bədii xitab |
|
|
|
|
|
|
|
|