Erkək tinətliyəm, olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz.
N.Gəncəvi
İsgəndərin Nüşabə ilə onun sarayında görüşməsi, XVI əsr,
Uolters Sənət Muzeyi
3.1. Nümunələrlə bağlı fikirlərdən hansıları düzgün hesab
edirsiniz?
1. Mətnlər fərqli üslubdadır.
2. Mətnlərdən ikisi bədii, ikisi publisistik üslubdadır.
3. Mətnlərdən ikisi bədii, biri publisistik, digəri işgüzar
üslubdadır.
4. Mətnlərin hər birində müəlliflərin fərdi üslubu özünü
göstərir.
5. Mətnlərdən üçü bədii, biri publisistik, digəri işgüzar
üslubdadır.
3.2. S.Rüstəmin şeirində təkrarları müəyyənləşdirin, onların
rolu haqqında danışın.
3.3.
Hər bir nümunəyə əsasən Azərbaycan qadınlarını xarakterizə
edin, fikirlərinizi 3-4 cümlə ilə ifadə edin.