Rəsul Rzanın Nigara 1957-ci ildə, toy günlərindən 20 il keçərkən
səfərdən
– Moskvadan yolladığı bir teleqram qalır:
“Nigar, əzizim!
İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ
verib həyatın mürək-
kəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün
sınaqlardan keçib mətanəti
sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti soyumayan
mərd əllərin
üçün sağ ol! Əgər günlər geriyə vərəqlənsə, gəncliyim qayıtsa
idi, inan ki, mən
ömrümü səninlə bağlayar, həyatın daha çətin yollarında
tərəddüdsüz səninlə əl-
ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti
gələcək günlə-
rimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti
onları hər cür fırtınalardan qoru-
sun. Vəfa və sədaqətin
qarşısında baş əyirəm”.