O elə bir qadındır ki, öz yaylığını ayaq altına atmaqla qardaş
qırğınının qarşısını ala
bilər!
O elə bir qadındır ki, onun haqqı Tanrı haqqına bərabər tutular!
O mənim qartal baxışlı xalqımın övladıdır! O,
gözəldir, o, safdır, o, həyat dolu şən baxışlıdır, o,
əsrarəngizdir, o, ətəklərini dalğalar yuyan qayalar
kimi məğrur, ən zəif yad nəfəs üçün lalə kimi zərifdir.
Mən ona aşiqəm! Mən ona məftunam!
O bir türk qadınıdır! O, Azərbaycan qadınıdır!
Şəmil Sadıq, “Füyuzat” jurnalından