22.
1-ci mətndə altından xətt çəkilmiş cümlələrdə vergül işarəsi hansı
sözdən sonra qoyulmalıdr? Həmin cümlələrin quruluşunu deyin,
sxemini qurun.
23.
2-ci mətndə bu əvəzliyindən sonra vergül işarəsinin işlənmə
səbəbini deyin.
24.
3-cü mətndə işlənən bənövşə sözünü bədii xitab hesab etmək
olarmı?
25.
4-cü mətndə altından xətt çəkilmiş feillərin zamanlarına diqqət
yetirin. Sizcə, onlar düzgünmü işlənmişdir? Siz necə yazılmasını
təklif edirsiniz?
26.
5-ci mətndə hansı söz səhv yazılmışdır?
27.
6-cı mətndə mötərizədəki sözlərdən hansı işlənməlidir?
28.
Mətndə (səh. 122-123) fərqləndirilmiş cümlədə durğu işarələrinin
düzgün qoyulub-qoyulmadığını deyin.
29.
Mətndə (səh. 122-123) 1-ci abzasın 1-ci cümləsində vergül işarəsi
hansı sözdən sonra səhv qoyulmuşdur?
30.
Mətndə (səh. 122-123) 2-ci abzasın son cümləsində
görə sözündən sonra vergül işarəsinin düzgün işlənməsini nə
ilə təsdiqləyərsiniz?
31.
Mətndə (səh. 122-123) altından xətt çəkilmiş cümlənin sxemini
qurun, hansı vasitə ilə bağlandığını deyin. Mətndən həmin sxemə
uyğun cümlələri tapın.
32.
Mətndə (səh. 122-123) işlənən sual cümlələrini fərqləndirin və
aşağıdakı fikri tamamlayın.
1-ci abzasda işlənən sual cümləsi...
33.
Mətndə (səh. 122-123) yaşıl rəngdə verilmiş cümlədə şəkilçi
ixtisar edilib. Sizcə, bu ixtisarların hansı əhəmiyyəti vardır?
34.
Mətndə (səh. 122-123) tünd şriftlə verilmiş cümlədə hansı
ifadələrin yerini dəyişsəniz, cümlədəki fikir daha aydın ifadə
olunar?
35.
Mətnin (səh. 122-123) son iki abzasında leksik və qrammatik
normanın pozulduğu halları müəyyənləşdirin.
36.
Mətnin (səh. 122-123) 4-cü abzasında mötərizədə verilmiş sözlərdən
hansının işlənməsi daha düzgündür?
37.
Çərçivə içərisindəki mətndə (səh. 123) altından xətt çəkilmiş
cümləni məzmun baxımından düzgün yazın.
38.
Mətndə çərçivəyə alınmış hissəni elmi üslubun tələblərinə uyğun
yazın.
39.
Bənövşə haqqında elmi mətn tərtib edib, mətnin uyğun hissəsinə
əlavə edin. Öz yazdığınız mətnlə R.Kərimovanın mətnini tutuşdurun.
Hansı fərqi gördünüz?