15.
Mətndə (səh. 122-123) mötərizədə verilmiş sözlərdən uyğun olanını
seçib işlədin.
16.
1-ci mətndəki düz sözünün kontekstə uyğun mənasını izah
edin.
17.
6-cı mətnin hansı misralarında məcazi mənada işlənən söz var?
18.
6-cı mətnin üçüncü misrasında mötərizədə verilmiş sözlərdən hansı
işlənməlidir? 5-ci mətndə sözlərin təkrar olunması şeirə ağırlıq
gətirirmi? Sizcə, bədii nümunələrdə belə təkrarlardan niyə
istifadə olunur?
19.
Leksik mənaları verilmiş sözləri tapın. Xanalardakı nöqtələrin
sayı sözdəki hərfin sayını bildirir.
öz ləyaqət və yüksəkliyini hissetmə
iftixar, mənlik hissi, təmkin
qürur duyulacaq şəxs
20.
Nümunəyə uyğun olaraq məntiqi ardıcıllığı davam etdirin.
pis - yaxşı - xoş;
ciddilik -.....-......
işıq -.....-......
bol -.....-......
21.
Yaxşı sözünü aşağıdakı mənalarda cümlədə işlədin.