4.
Mətnin (səh. 122-123) hansı üslubda yazıldığını müəyyənləşdirin.
Elmi məlumatın bədii şəkildə təqdiminə diqqət yetirin.
5.
Mətnə (səh. 122-123) əsasən demək olar:
1. Bənövşə dünyanın müxtəlif sənətkarlarının əsərlərinin
tərənnüm
obyekti olmuşdur.
2. Bənövşəyə bəzən xilaskarlıq simvolu kimi inam bəsləmişlər.
3. Bənövşə işıqsevən bitki olmasa da, günəş şüalarını sevir.
4. Almanlar bənövşəni günahsızlıq simvolu hesab etmişlər.
6.
Mətnin (səh. 122-123) hər abzasını 1-2 cümlə ilə ifadə edib mətni
yığcamlaş-
dırın.
7.
Mətndən (səh. 122-123) istifadə etməklə bənövşəyə məxsus
xüsusiyyətləri sadala-
yın.
8.
Aşıq Qurbaninin misralarına münasibət bildirin. Nə üçün o heç
zaman düz bənövşə görmədiyini deyir? Sizcə, nə üçün bənövşənin
boynu həmişə “əyri” olur? G.Gülhüseynoğlunun hekayəsində təsvir
olunanlar sizin sualınıza cavab ola
bilərmi?
9.
B.Axundovun “Ağlama, bənövşə” şeirindəki mövzu digərlərindən
fərqlənir. Bu fərq nə ilə bağlıdır? Sizcə, müəllif bədbin, yoxsa
nikbin əhvali-ruhiyyədədir? Müəllif nəyə təəssüf edir? “Bir gün
bu torpağa əsl yaz gələr” misrasında əsl yaz ifadəsini
işlədərkən nəyin arzusunda olduğuna işarə edir? Bu sizin də
arzunuzdurmu? Şeirdə adları çəkilən Üzeyir, Pənah kimdir? Müəllif
nə üçün şeirində məhz onların adını çəkir?
10.
3-cü mətndə işlənən atalar sözünü müəyyənləşdirin. Sizcə, müəllif
nə üçün belə hesab edir? Pis gün dedikdə nəyə işarə edilir?
11.
“Baharın müjdəçisi” mətnindəki hansı fakt sizə inandırıcı göründü
və ya əksinə? Niyə belə hesab edirsiniz?
12.
Aşağıdakı cədvəli tamamlayın.
Bənövşə mövzusu
|
Aşıq Qurbanidə |
H.Heynedə |
U.Şekspirdə |
B.Axundovda |
|
|
|
|
13.
Sizcə, bənövşəni dərman bitkisi hesab etmək olarmı? Hansı dərman
bitkilərini tanıyırsınız? Azərbaycanın bitki örtüyü haqqında hansı
məlumatlara maliksiniz?