Höte doğma şəhəri Veymarı Afinaya bənzətmək üçün ətrafında bənövşə çəmənliyi salmağa çalışmışdı. İndi də bu şəhərdə yol kənarında, çöllüklərdə, ictimai parklarda bənövşəyə rast gəlinir. Yerli əhali bu güllərə “Hötenin bənövşələri” deyir. Böyük şair hər dəfə gəzintiyə çıxanda özü ilə bənövşə toxumları götürər, gəzdiyi hər yerə bu toxumları atardı. Artıq Höte həyatdan köçüb, ancaq, deyilənə görə, onun bənövşələri Veymarın ətrafında yenə də hər bahar (çiçəkləyir, gül açır).
Şərq ölkələrində isə bənövşə gözəlin xalı ilə daha çox müqayisə edilib.
Bəs, görəsən, tarix boyu sevilib?əzizlənən bu çiçəyin elmi təsnifatı necədir?
“Ərköyünlük” edib günəş işığı istəməsə də, həddən artıq soyuq və isti hava çiçəyin “boynunu bükür”. Adətən, uzunömürlü olan bənövşənin bəzi növləri az yaşayır. Hətta mövsümlük olur. Yarpaqları ürək şəklində olan çiçəyin rəngi isə adından göründüyü kimi, adətən, bənövşəyi olur. Amma mavi, sarı, ağ, çəhrayı çalarlı bənövşə növləri də var. Çiçəklənməsi üçün bol işığa ehtiyacı olsa da, bu, birbaşa onun üzərinə düşən günəş şüası olmamalıdır . Təbiətdə ağac gövdələrində və kölgədə boy atır. Torpağı daim nəmli olmalıdır.
Bir?başa günəş işığı (istəməyən, sevməyən), çöllərdə də, ev şəraitində də (boy atan, yetişən), dünyanın dörd bir tərəfində yayılan bu nazlı çiçək baharın ilk müjdəçisidir.
Orta əsrlər Almaniyasında ilk bənövşənin tapılması ilə bahar bayramının keçirilməsi bir günə təsadüf edirdi. Bu gülü tapan şəxsi yaşıl çəməndə bir ağaca bağlar, böyük?kiçik - bütün adamlar (onun başına fırlanıb, onun ətrafında dövrə vurub) rəqs edər, mahnı oxuyardı. Can?sıxıcı qışdan çıxdıqları üçün deyib-gülüb əylənərdilər.
Fransızlar isə bənövşəni günahsızlıq və ciddilik simvolu hesab edirlər.
XVIII əsrdə yaşamış fransız aktrisası Kleron 30 il müddətində otağında bənövşə becərərmiş və hər gecə bir ləçəyini çay kimi (qaynadıb, dəmləyib) içərmiş.
Bənövşə ilə bağlı daha bir maraqlı tarixi faktda isə deyilir ki, gələcək imperator arvadı Jozefina dustağa salınarkən ona bir dəstə bənövşə ötürülür. Hər saniyə gilyotində ölüm cəzasını gözləməsinə baxmayaraq, bənövşələri görərkən xilas olmağa onda dəli bir inam baş qaldırır və həqiqətən, o xilas olur.
O gündən sonra Jozefina bütün paltarlarında bənövşə şəkli çəkdirib onlara bənövşə cövhərli ətir vurur, darda olanlara, köməyə möhtaclara bənövşə verib inamlarını artırır. 9 mart 1796-cı ildə Jozefinanın Napoleonla toyu olur. Həmin gün Jozefina paltarlarına bənövşə taxmış, sinəsini və əllərini bənövşə ilə örtmüşdü. Napoleon harada olmasından asılı olmayaraq, hər il toylarının ildönümündə Jozefinaya bir dəstə bənövşə göndərərmiş.