Yazın gözəl (çağında, vaxtında), gülün bülbülü, bülbülün gülü (çağırdığı, səslədiyi) ərəfədə boynu?bükük bənövşəmiz də dirildi qışa meydan oxudu, arzularımıza, diləklərimizə qol?qanad oldu... Gözoxşayan rəngi ilə ruhumuzu isidən, baharın müjdəçisi bənövşəni incə ətrinə, aşiqanə görünüşünə görə kim sevmir ki?
Zərif qoxulu, göz?oxşayan rəngli bu çiçək əsrlər, minilliklər boyunca insanların sevimlisi olub. Şəninə şeirlər qoşulub, gözəlliyi, boynubüküklüyünün arxasındakı məğrurluğu vəsf olunub, əfsanələr, rəvayətlər vasitəsilə dildən?dilə düşüb. Hətta bəzi əfsanələrə görə, bənövşə Tanrı qarşısında günahları bağışlanan Adəmin minnətdarlıq göz?yaşlarından yaranıb.
Yunan əsatirlərində isə deyilir ki, Günəş Allahı Apollon nəhəng Atlasın qızlarından birini yandırıcı şüaları ilə izləyirmiş. Atlas Zevsə müraciət edir ki, qızını şüalardan qorusun. Zevs onu çiçəyə döndərib kölgəlikdə gizlədir. Zevsin qızları səmavi meşədə, kolluqda bənövşəni birinci dəfə görüb dərərkən onları oğurlamaq istəyən Plutondan qorxaraq, çiçəkləri əllərindən salırlar. Bənövşələr yerə düşür və o vaxtdan yerdə bitməyə başlayır.
Qədim yunanlar evlərini və tanrıların heykəllərini bənövşə ilə bəzəməyi sevirmişlər. Həmçinin bənövşədən hazırlanan çələnglə üç yaşına çatmış uşaqların başına tac (qoyurmuşlar, qoyurlarmış), bununla da körpə ölkənin kiçik vətəndaşı hesab edilirdi. Qədim romalılar isə bütün əlamətdar günlərdə, bayramlarda bənövşədən istifadə edirdilər. Homer bu gülü poemalarında sevə-sevə təsvir etmişdir.
Avropanın dahi şairləri də bənövşəyə (biganə olmamışlar, laqeyd qalmamışlar). Şekspir bənövşəni “əzizim” deyərək tərifləyirdi.