Yazıçı G.Hüseynoğlu “Bənövşə əfsanəsi” he-
kayəsində iki
gəncin nakam məhəbbətindən söh-
bət salır: Xan qızı öz
sevgilisi naxırçı oğlu Baharı
həmişə bulağın başında
gözləyərmiş. Döyüşə ge-
dən
Bahar geri qayıtmır. Daha xan qızı da bulaq
başına getmir, mahnı oxumur.
Çünki o, Baharın
ölümündən sonra yaşamaq
istəməmişdi.
Bənövşənin yanıqlı mahnılarına adət etmiş
adamlar indi onu nahaq yerə
axtarırdılar. Lakin
hər il bahar zamanı bulağın başında boynu çiy-
nində bitmiş
bir zərif çiçəyin baş qaldırdığını
görürlər. Adamlar ona bənövşə
adı verirlər.
Bənövşə sadəlik və təvazökarlıq rəmzi olub,
xristian məbədlərinin divar rəsmlərində ornament
kimi tez-tez istifadə edilir. Katoliklərdə yepiskop-
lara
məxsus dayirəvi papaq sutana (cübbə), pra-
voslavlarda
ruhanilərə məxsus taskulah - baş
örtüyü (kamilavka) bənövşəyi rəngdədir. Taskulah
mükafat və fərqlənmə nişanəsi kimi verilir.