Komandanlığın rəğbətini qazanan döyüşçü M.Məmmədov nümunəvi xidmətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlara layiq görülür.
Onun son döyüşü 1994-cü il yanvarın 28-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda olur. Aldığı ağır yaralarla Bakı şəhərinə hospitala göndərilən döyüşçü dostlarına qayıdacağını vəd etsə də, geriyə - əsgər yoldaşlarının yanına dönə bilmir. Həkimlərin səylərinə baxmayaraq, Maşallahın həyatını xilas etmək mümkün olmur. M.Məmmədov 1994-cü il yanvarın 29-dan 30-na keçən gecə hospitalda əbədi olaraq gözlərini yumur. Cəsur döyüşçü Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılır.
M.Məmmədovun ruhuna hörmət və ehtiram əlaməti olaraq, xidmət etdiyi “N” hərbi hissəsinin komandanlığı tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinə göndərilən 17 aprel 1994-cü il tarixli məktubda Vətənin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidin adının əbədiləşdirilməsi xahiş olunur.
Ölkə Prezidenti İlham Əliyevin imzaladığı 24 iyun 2005-ci il tarixli sərəncamla Məmmədov Maşallah Abbasəli oğlu ölümündən sonra Vətənin yüksək mükafatı - “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir.
Gəncə şəhərinin Avtozavod qəsəbəsindəki 27-ci küçəyə igid əsgərin adı verilir, vaxtilə oxuduğu 27 saylı orta məktəbdə adına xatirə guşəsi yaradılır və yaşadığı evin önünə şəhidin adını daşıyan xatirə lövhəsi vurulur.
Bölgə inzibati ərazi vahidi kimi 1827-ci ildə
yaradılmış və ilkin adı Qarabulaq olmuşdur.
Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olun-
muş və
Karyagin adlandırılmışdır. 1959-cu
ilin aprelində Məhəmməd Füzulinin anadan
olmasının 400 illiyi şərəfinə rayonun adı də-
yişdirilmiş,
Füzuli adlandırılmışdır. 23 avqust
1993-cü ildə Füzuli ermənilər tərəfindən işğal
olunmuşdur. Lakin Azərbaycan ordusunun
həmin ilin dekabr ayında apardığı əməliyyat
nəticəsində işğal olunmuş 21 kənd və strateji
cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi azad
edilmişdir.
2020-ci il 17 oktyabr tarixində rəşadətli ordumuz tərəfindən Füzuli tam azad edilmişdir.