Bir dəfə dünyanı səyahət edən
İsgəndər keçərək neçə ölkədən,
Gəlib öz yerinə, yurduna
çatdı,
Doğma vətənini nurla parlatdı.
Ağıl hər bir sirrə yol tapsın deyə,
O verdi fikrini elmə, biliyə.
Xəyalı göyləri gəzdi, dolaşdı,
Bağlı qapıların sirrini açdı.
Bəyəndi pəhləvi, yunan və dəri
Dilində yazılmış bir çox əsəri.
İstər rum elində, istər
yunanda,
Dünya dillərində nə var cahanda
Buyurdu, tərcümə edilsin bütün
Bilik xəznəsni doldurmaq üçün.
O böyük, ağıllı, ayıq hökmüdar
Öz şahlıq taxtında tutarkən qərar,
Əmr etdi, verildi belə bir fərman:
“Alimdir gözündə ən əziz insan!
Elmlə, hünərlə! - Başqa cür heç kəs
Heç kəsə üstünlük eləyə bilməz!
Rütbələr içində seçilir biri -
Hamıdan ucadır alimin yeri!”’
Belə qərar verdi: yanında ancaq
Hər kəs öz elmiylə bir
yer tutacaq.
Hamı elmə, fənnə elədi rəğbət,
Çünki elmə təşviq edirdi dövlət.
Yeddi filosofu seçdi bu zaman:
Dedi alimlərə sirri açaraq:
“Sirrimiz nə qədər gizlin qalacaq?
Gəlin bir günü də elmə sərf edək!
Bircə gün baxaraq günəşə,
aya,
Fələyin sirrini qoyaq ortaya.
Bilək ki, bu öküz belitək çadır
Bu möhkəm yer üstdə necə
dayanır?
Əvvəli necəymiş bu göyün,
yerin,
Bu haqda fikrini hamı söyləsin!
Necə yaranmışdır, desin, bu dünya
Əvvəl yer yaranmış, yoxsa
asiman?
Qoy açsın bu sirri ağlın açarı.
Necə çiçəkləmiş
yerin baharı?
Necə qoyulmuşdur bina əzəldən?
Necə səslənmişdir ilk mahnı teldən?
Nizami Gəncəvi,
“İsgəndərnamə” poemasından ixtisarla