“Aslanbəyov yarımadası. Oxot dənizi, Saxalin adası 1882-ci ildə ekipaj tərəfindən kəşf edilib. Sakit okean komandanı, eskadrilya kontr-admiralı İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov soyadı ilə adlandırılıb. Soyadı xəritə üzərində hərf səhvi ilə yazılıb.
Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası 1882-ci ildə kəşf edilib və xəritəyə ekipaj, kliper “Plaston” kimi yazılıb. Elə həmin vaxtda da İ.A.Aslanbəyov soyadı ilə adlandırılıb.
Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu. Dəniz korpusu məktəbini bitirib. 1837-1842-ci illərdə Baltik dənizində üzüb. 1842-1861-ci illərdə Qara dəniz donanmasında “Selafail”, “Varşava” gəmilərində, “Femistokol” briqində və başqalarında qulluq edib. 1865-1868-ci illərdə “Retvizan” gəmisinin komandiri, 1879-1882-ci illərdə Sakit okean eskadrilyasının komandiri olub. 1887-ci ildə vitse-admiral rütbəsi alıb. Aslanbəyov 1901-ci il dekabrın 7-də Peterburqda vəfat edib”.