İbrahim bəy böyük şərqşünas alim Mirzə Kazım bəylə dost olmuş, dahi rus yazıçısı Lev Tolstoy admiral Naximovun həlakolma səhnəsini ondan öyrənmişdir. Lev Tolstoy məşhur “Sevastopol hekayələri”ni yazarkən admiral Aslanbəyovun xatirələrindən bəhrələnmişdir.
Admiralın xidmətləri Serbiyanın “Takova”, Rusiyanın “Müqəddəs Vladimir”, I dərəcəli “Müqəddəs Stanislav”, I dərəcəli “Müqəddəs Anna”, “Ağ qartal”, Yaponiyanın “Günəşin doğuşu”, Havay dövlətinin II dərəcəli “Kalakiya” ordenlərinə layiq görülmüşdür.
2 Hələ sağlığında - 1882-ci ildə Saxalində bir yarımada, Oxot dənizində isə bir körfəz Aslanbəyovun adı ilə adlandırılmışdır.
Aslanbəyov 1901-ci il dekabrın 7-də Peterburqda vəfat edib.
Admiralın şəxsi işinə baxır və gözlərimə inanmıram. İlahi, bu qədər saxtakarlıq etmək olarmı? Nəfəsim təngiyir, həyəcandan şəxsi iş əlimdə əsirdi. Dözə bilmədim:
– İcazə verin, sizin üçün admiralın ad-familiyasını oxuyum: Aslanbəyov İbrahim bəy Allahverdi oğlu. Əsli belədir. Lakin qara tuşla bu ad-familiyanın üstündən xətt çəkilib, düzəliş edilib. Erməni olduğu göstərilib: Aslambeqov Avramiy Boqdanoviç, 1822-ci ildə Bakıda anadan olub. Əsl-nəcabəti isə ağalıqdır (zadəgan). Dini müsəlmandır. Sonuncu iki sözün üstündən də xətt çəkilib, əvəzində “pravoslavnıy” yazılıb. Əgər mümkünsə, icazənizlə, admiralın şəxsi işindən qeydlərimi götürüm.