Handan?hana:
– Baxaq görək, – dedi, – Sizin sözlərinizdə həqiqət varmı? Şəxsən mən şübhə edirəm ki, belə bir görkəmli admiral müsəlman ola.
Düzü, qorxurdum, özü baxıb, sonra da götürüb geri aparsın və desin ki, sizin dediklərinizdən əsər-əlamət yoxdur. Ayağa durdum. Əlimi cibimə salıb, pasportumu və vəsiqəmi çıxardıb stolun üstünə qoydum.
– Buyurun, – dedim, – mən bu iki sənədimi Sizə etibar edirəm. Siz də əvəzində qovluğu verin, özüm baxım.
Müdir dözə bilməyib bir az əsəbi:
– Nə deyirəm, buyurun, – deyib qovluğu mənə verdi.
Müdir sərt səslə bildirdi:
– Yoldaş, qeydlər götürmək olar, amma nadir fondda saxlanılan şəxsi işin fotosurətini çıxarmağa icazə verilmir.
İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov 1822-ci ildə sentyabrın 10-da Bakıda anadan olmuşdur. 3 il Peterburqdakı dənizçilik məktəbində təhsil alan İbrahim bəy 1837-ci ildə oranı adı “Qırmızı lövhə”yə yazılmaqla bitirmişdir.
Onun tərcümeyi?halı həm admiral, həm də hərbi dəniz tarixçisi kimi çox zəngindir. Əgər onun həyatını digər hərbçilərin ömür yolu ilə müqayisə etməli olsaq, ancaq general Əliağa Şıxlinskinin artilleriya tarixindəki xidmətləri ona bərabər ola bilər. Çünki həmin dövrdə azərbaycanlı generallardan hərb elmi ilə məşğul olan ancaq Əliağa Şıxlinski idi. Fərq bircə ondan ibarətdir ki, Əliağa Şıxlinskinin elmi və hərbi fəaliyyəti Azərbaycanla daha çox bağlı olmuşdur. Admiral Aslanbəyovun elmi tədqiqatları isə rus hərb elmində geniş istifadə olunsa da, bu günə qədər bizə gəlib çatmamışdır.
İ.Aslanbəyov 1869-72-ci illərdə dəfələrlə müxtəlif ümum?dövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilmişdir. Estoniyaya ezam olunan İbrahim bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü seçilmişdir.
1 Aslanbəyov 1860-1861-ci illərdə “Sokol” pərli korvet gəmisinin komandiri, 1865-ci ildə “Retvizan” gəmisinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse?admiral Butakovun zirehli eskadrilyasında qərargah rəisi də olmuşdur.
1887-ci il sentyabrın 22-də hərbi dəniz donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilir. Bu ali rütbədən sonra Aslanbəyov Baltik donanması üzrə flaqman vəzifəsinə təyin olunur.
1872-ci ildə I Pyotrun anadan olmasının 200 illiyi Rusiyada böyük bayram şənliyi kimi qeyd olunurdu. Bu münasibətlə ümum-Rusiya texniki sərgisində iştirak etmək və imperatorun kiçik avarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik işi həm?yerlimiz Aslanbəyova etibar olunmuşdu.
İ.Aslanbəyov okeanda sürətlə hərəkət edən kreyserlərin və “uçan eskadrilya”nın orduda tətbiq edilməsinin təşəbbüskarıdır. Onun şəxsi işində saxlanan rəy