Bədii nümunələrdə bəzən şəkilçilər, bəzən də cümlənin baş üzvü
xəbər ixtisar oluna bilir.
Məsələn:
Axşamın xeyrindən sabahın şəri. (Atalar sözü) Şəri sözündən sonra yaxşıdır sözü ixtisar olunmuşdur.
Həmin
sözü cümləyə artırsaq, Axşamın xeyrindən sabahın şəri yaxşıdır şəklində
olacaqdır.
Hər şeyin təzəsi, dostun köhnəsi (yaxşıdır). (Atalar sözü)
Sən bilik ver, qoy götürən götürsün, götürməyən öz bəxtindən
küssün!
Arifə bir işarə (kifayətdir), nadana min kötək (azdır)!
(S.Rəhimov, "Mehman")
Bədii
ədəbiyyat-
dan bir neçə şeir
seçib oxuyun. Orada
ixtisar olunan şəkil-
çiləri və xəbərləri
müəyyən edin.
Bədii əsərlərdə şəkilçilərin və cümlə üzvlərinin ixti-
sarı obrazlılıq və emosionallıq yaratmaq üçündür.
16.
Aşağıdakı cümlələrdə şəkilçiləri bərpa edib cümlələri tamamlayın.
Hansı şəkilçiləri bərpa etdiniz?
1. Ana haqqı - Tanrı haqqı. ("Kitabi-Dədə Qorqud") 2.
...Çal qılıncın, ağam Qazan, yetdim.
("Kitabi-Dədə Qorqud") 3. Mən bir uşaq, sən bir ana, Odur
ki bağlıyam sana. (S.Vurğun) 4. Azərbaycan - qayalarda
bitən bir çiçək, Azərbaycan - çiçəklərin içində qaya.
(M.Araz)
17.
Şeirdən istifadə etməklə publisistik üslubda mətn tərtib edin.
İlk növbədə, publisistik üslubun xüsusiyyətlərini yadınıza
salın.
Şeirdən Azərbaycanla bağlı təqdim olunan məlumatları seçin.
Ölkəmiz haqqında əlavə məlumat toplayın.
Şairin tərənnüm, təsvir və düşüncələrinə münasibət bildirin.