Ana Kürün, Xan Arazın böyümüşük laylasına,
Sərvətimiz ayna tutub göy Xəzərin aynasına.
Dünya baxsın tarix olmuş Azərbaycan dünyasına,
Mübarizə zinət verir ömrün-günün mənasına.
Nəriman Həsənzadə
Şeirdə Azər-
baycan necə
tərənnüm
olunur?
2.
Hansı xüsusiyyətlər mətnin bədii üslubda olduğunu deməyə əsas
verir?
3.
Şeirin ideyasını müəyyənləşdirin və epiqrafla əlaqələndirin. Nə
üçün epiqraf kimi məhz həmin aforizm seçilmişdir? Siz bildiyiniz
hansı aforizmi və ya hikmətli sözü epiqraf kimi verməyi təklif
edirsiniz?
4.
Şeirdən istifadə etməklə
Azərbaycanımızın bu günü milli birliyin təntənəsidir
fikrini təsdiqləyin.
5.
Tarix olmuş Azərbaycan dünyası dedikdə şair nəyə işarə
edir? O hansı tarixi məqamları ön plana çəkir?
6.
Mətndə aşağıdakı fikirlərdən hansı yoxdur?
A) Bir kərə yüksələn bayraq bir daha enməz.
(M.Rəsulzadə)
B) Azərbaycan torpağını qoruyan mərd oğullar həmişə
vardır.
C) Ən böyük arzumuz xalqların əmin-amanlıq içərisində
yaşamasıdır.
D) Azərbaycan xalqının şüarı həmişə azadlıq olmuşdur.
E) Himnimiz bizim üçün müqəddəsdir.
7.
Şeirin hansı iki misrasını çıxarsaq, məzmuna xələl gəlməz?
8.
Hansı fikirlər düzgündür
1. Şair şeirdə ölkəmizi iki adla təqdim edir.
2. Xəzərin sərvətinin çox olduğunu göstərir.
3. Araz Kürdən böyük olduğu üçün onu xan adlandırır.
4. Azadlığın qorunması xalqın ən böyük amalıdır
9.
Şeirdə altından xətt çəkilmiş sözlərin aşağıda verilənlər
içərisindən leksik mənalarını müəyyənləşdirin.
Hər hansı bir sinfin, cəmiyyə-
tin, onun üzvlərinin həyat və
fəaliyyətinə mane olan sıxıntı
və məhrumiyyətlərin olmaması
Siyasi müstəqillik, başqa-
larından asılı olmadan
yaşamaq
Öz dövlətində hökmran olma,
başqa dövlətdən asılı olmama,
hakimiyyət hüququ
Müstəqillik, azadlıq