2.
Mətnin üslubunu müəyyənləşdirin. Üslubu müəyyənləşdirmək üçün
nəyə diqqət yetirmək lazımdır?
3.
Mətndə hansı cümlələrdən sonra abzasın yaradılmasına ehtiyac
var?
4.
Mətndə valideynin hansı arzuları əks olunmuşdur? Məktub müəllifi
müəllimin qarşısında hansı tələbləri qoyur?
5.
“Siz övladımın mənəvi sahibisiniz” dedikdə müəllif nəyi nəzərdə
tutur?
6.
Nizaminin “İsgəndərnamə” poemasından verilmiş hissəni oxuyun.
İsgəndərin müəllimləri qarşısında qoyduğu tələblərə diqqət
yetirin.
7.
Mətndə fərqləndirilmiş cümlədə (səh. 8) hansı fikir ifadə
olunmuşdur? Həmin fikrə münasibət bildirin və faktlarla
əsaslandırmağa çalışın.
8.
“Övladımın müəlliminə məktub” mətnində müəllifin müəllim
qarşısında qoyduğu tələblərlə İsgəndərin müəllimləri qarşısında
qoyduğu tələbləri müqayisə edərək aşağıdakı sxemi tamamlayın.
Valideynin
nəzərində
İsgəndərin
nəzərində
MÜƏLLİM
Şagirdin
nəzərində
9.
Verilmiş sxemi şərh edin.
-
Sizcə, müəllimin cəmiyyət qarşı-
sında borcu nədir? Bəs sizin?
-
Bəs valideyn və övladının cəmiy-
yət qarşısındakı borcu nədir?
-
Sizcə, sual işarəsinin yerində nə
yazılmalıdır?