2 Çanaqqala korpusu ingilis komandanı general Uilyam Birdvorda: “Yer üzündə türk əsgəri qədər vətəni üçün gözünü qırpmadan ölən, döyüş əsnasında misli görülməmiş cəsarətlə fırtınalar əsdirən, yaralı düşmənini arxasına alaraq onu ölümdən qurtaran başqa
Bu zəfərin bir sirri də əsgə-
rindən tutmuş komandirinə
qədər
hər kəsin, hətta bütün millətin
Çanaqqalada bir yumruğa dön-
məsi, birlik-bərabərlik
halında
bölünməzliyi qoruması idi.
3 İngilis ordu komandanı general Hamiltonun: “Bizi türklərin maddi gücü deyil, mənəvi gücü məğlub etdi. Çünki onların atacaq barıtı da qalmamışdı. Lakin biz göydən enən gücləri gözümüzlə görürdük!..” sözləri və etirafı bu həqiqətin haqqında tam təsəvvür formalaşdırır.
1915-ci ilin payız ayında sərin və yağışlı bir gündə Söyüdün Akgünlü kəndindən ağbirçək, beli bükülmüş, solğun bənizli yaşlı bir ana Biləcik dəmiryol stansiyasından oğlunu cəbhəyə yola salırdı. Onu bağrına basaraq belə dedi:
- Hüseynim, igid oğlum!.. Dayın Şıpkada, atan Döməkdə, böyük qardaşların Çanaqqalada şəhid oldular. Bax sonuncu övladım sənsən. Əgər minarədən azan səsi kəsiləcəksə, məscidlərin qəndili sönəcəksə, südüm sənə haram olsun. Şəhid ol, amma kəndə qayıtma! Haydı, oğul, Allah yolunu açıq etsin!..
4 Çanaqqala, əslində, türk tarixinin bir şərəf nöqtəsidir. Antanta dövlətləri Çanaqqala boğazını, daha sonra İstanbulu ələ keçirib Osmanlı imperiyasını məğlub etmək, diz çökdürmək niyyətində idi. Müttəfiqlər boğazları ələ keçirməklə Rusiyaya yardım etməyi və ən əsası Osmanlı imperiyasını çökdürməklə Almaniyanı mühüm bir müttəfiqindən məhrum etməyi və bu yolla cəbhə xəttini daraldıb müharibəni tezliklə bitirməyi planlamışdılar. Lakin Antantanın bütün texniki üstünlüklərinə baxmayaraq, Çanaqqalada mənəvi güc üstün gəldi. Türk əsgəri vətən uğrunda nə etmək lazım olduğu xüsusunda dünyaya bir dərs keçdi və qalib gəldi.
Çanaqqala döyüşü olmasaydı, nə olardı?