Vətənin müdafiəsində məqsəd, sadəcə, torpaqları qorumaq deyil.
Burada əsas məqsəd torpaqlarda yaşayan insanların dinini,
canını,
malını və namusunu qorumaq, millətin fərdlərini asayiş içində
ya-
şatmaqdır.
1 Çanaqqala müharibəsinin davam etdiyi günlər idi. Rumeli Məscidiyyə batareyası düşmən gəmilərindən atılan bombaların təsirindən sükuta qərq olmuşdu. İstehkam mövqe komandanı Cavad Paşa xəbəri alan kimi mühərrikli qayığı ilə topçulann olduğu yerə gəldi. Vəziyyət acınacaqlı idi. Bir topdan başqa, bütün toplar istifadəsiz hala düşmüş, əsgərlərin əksəriyyəti şəhid olmuşdu. Onların bəzisi diri-diri torpağın altında qalmışdı. Yaşayanlar da yaralı idi. Paşa bir az qabaqda yerə uzanıb çətinliklə nəfəs alan əsgərə yaxınlaşdı, şəfqətlə:
- Oğlum, yaralanmısan? - deyə soruşdu.
İgid mehmetcik vüqarla:
- Xeyr, komandir! - dedi.
Cavad Paşa diqqətlə baxıb yaralı əsgərin gözlərinin görmədiyini başa düşdü və:
- Oğlum, gözlərin! - deyə iniltili səslə söylədi.
Lakin o fədakar vətən övladı öz halından məmnun şəkildə belə dedi:
- Narahat olmayın, komandir, gözlərimi görəcəklərimi gördükdən sonra itirdim...
Bu sözlərdəki ruh və şüur Paşanı ağlatdı. Çünki igid əsgərimiz “görəcəklərimi gördüm” sözü ilə ingilis zirehli gəmisi “Queen Elizabeth”in iki ağır zədə almasına işarə edirdi.
Məhz bu ruh Çanaqqalanı ölümsüzləşdirmiş və 1914—1915-ci illər Çanaqqala müharibələrində türk millətinə bir deyil, iki zəfəri birdən qazandırmışdı.