Bədii əsərlərdə, xüsusən, şeirdə sözlərin və ya şəkilçilərin
ixtisar edilməsi halları olur ki, buna ellipsis deyilir.
Ellipsis üslubi funksiya daşıyır; bir tərəfdən, vəznin
formalaşmasına kömək edir, digər tərəfdən, obrazlılıq,
ekspressivlik yaratmaq üçün istifadə edilir.
Məsələn:
10.
“...Qızcığazın böyüyərkən incə qamətli, zərif bir gözəl olacağı
məlum idi” cümləsində
incə və zərif sözlərinin yerini dəyişin. Sizcə,
leksik normanın tələbi pozulmuş hesab edilə bilərmi? Niyə?
Zərif sözünün yerinə nəfis sözündən istifadə edilə
bilərmi?
11.
Mətndə çərçivəyə alınmış sözləri daha uyğun və yerinə görə düzgün
olan sözlərlə əvəz edin.
12.
Cumdular sözünü hansı halda işlətmək olar?
13.
Mətndə (səh. 92-93) bənzətmələri müəyyənləşdirib onların
obrazların daxili aləminin açılmasına, yoxsa xarici görkəminin
təsvirinə xidmət etdiyini aydınlaşdırın.
14.
Mətni dörd hissəyə bölün, yerinə görə termin kimi işlənə biləcək
sözləri seçin.
15.
Mətndə (səh. 92-93) hansı cümlələrdə ixtisarlar var? Altından xətt
çəkilmiş cümlədə hansı normanın tələbi pozulmuşdur?
16.
Mətndə fərqləndirilmiş cümlələrdə durğu işarələrini bərpa edib
sxemini qurun.
17.
Mətndə (səh. 92) tünd şriftlə verilmiş cümləni düzgün yazın.
18.
Mətndə (səh. 92-93) mötərizədə verilmiş sözlər qrammatik cəhətdən
necə yazılmalıdır?
19.
Yaşıl rəngdə verilmiş cümlədə hansı söz məntiqi vurğulu sözdür?
Cümlə üzvlərinin yerini dəyişməklə mətndə hansı məna dəyişikliyi
baş verəcək?
20.
Mətndə göy rəngdə verilmiş cümlədə qrammatik normanın hansı tələbi
pozulmuşdur?
21.
“Üç ağacın sirri” mətnində ailənin və obrazların daxili
aləmindəki, xarakterindəki təzadlar necə təqdim olunur? Həmin
cümlələri seçin və təhlil edin.
22.
Mətnin (səh. 92-93) məzmununu saxlamaqla onun strukturunda
dəyişiklik edin. Sonra hər iki mətni müqayisə edin.
23.
“Bu mətndən mən nə öyrəndim? Bildiklərimdən öz həyatımda və
başqalarının həyatında dəyişiklik etmək üçün necə istifadə edə
bilərəm?” mövzusunda esse yazın.