1.
Mətndəki əsas fikri müəyyənləşdirin və ona münasibət bildirin.
2.
“Dağ pıçıltısı, zirvə harayı” mətnində hansı cümlə “Üç ağacın
sirri” mətninin ideyası, eyni zamanda bacılara tövsiyə ola bilər?
3.
Hansı hikmətli söz mətnin məzmunu ilə səsləşir? Fikrinizi
əsaslandırın.
- Sonrakı peşmançılıq fayda verməz.
- Daldan atılan daş topuğa dəyər.
- Əvvəl düşün, sonra danış.
- Nə əkərsən, onu biçərsən.
- Aza qane olmayan çoxdan da olar.
4.
Bacıların ağaca çevrilməsi ilə əfsanə yaradıcıları nəyi demək
istəmişlər? “Dədə Qorqud” filminin sonunda axırıncı həlledici
döyüşdə obrazların daşa döndüyü göstərilir. Filmə baxıb həmin
sonluğu bacıların ağaca çevrilməsi səhnəsi ilə müqayisə edin.
5.
İnsanda özünəinam hissinin olmaması nəyə gətirib çıxarır? Sizcə,
özünəinam hissi necə formalaşmalıdır?
6.
Əfsanədə valideynlərə münasibət, övlad-valideyn münasibətləri öz
əksini necə tapmışdır?
7.
“Kitabi-Dədə Qorqud”dan “Dirsə xan oğlu Buğac” və “Salur Qazanın
evinin yağmalanması” boylarını oxuyun, övlad-valideyn
münasibətləri haqqında danışın.
8.
Sxemi tamamlamaqla şərh edin. Sualı cavablandırın.
Necə olsa idi, nə olardı?
ətraf mühitin
nəzərində
səbəbi
9.
Hansı sözlər Aluşta şəhərinin təbiəti haqqında təsəvvür
formalaşdırır? Həmin cümlə əsasında Aluşta şəhəri haqqında kiçik
mətn tərtib edin.