3.
Hər üç mətnə (səh. 88-89) aid olan açar sözü müəyyənləşdirin.
4.
Şeirin mövzu və ideyasım müəyyənləşdirin, onu “Dağ pıçıltısı,
zirvə harayı” mətninin mövzu və ideyası ilə əlaqələndirin.
Zəlimxan Yaqubun
çağırışları
hansı
zəruriyyətdən
əmələ gəlir?
6.
Dünyanı nurlandıran çilçıraq üçün yaşa! dedikdə şair nəyi
nəzərdə tutur?
7.
“Dağ pıçıltısı, zirvə harayı” mətnində obrazlı ifadələrdən çox
istifadə olunmuşdur. Bu həmin əsərin bədii üslubda olduğunu deməyə
əsas verirmi?
8.
Hər bir mətnin üslubunu və üslubi xüsusiyyətlərini
müəyyənləşdirməklə onlan müqayisə edin.
Prezidentin çıxışı |
Zəlimxan Yaqubun şeiri |
“Dağ pıçıltısı, zirvə harayı” mətni |
|
|
|
-
Siz Azərbaycan xalqını təbrik etmək üçün çıxışınızı necə
qurardınız?
9.
“Bu torpaq üçün yaşa!” şeirinin hansı misralarında həmrəyliyə
çağırış vardır?
10.
“Dağ pıçıltısı, zirvə harayı” mətnində və Prezidentin çıxışında
“Bu millət üçün yaşa, bu torpaq üçün yaşa!” misrası ilə səsləşən
cümlələri seçin. Fikrinizi faktlarla əsaslandırın.
Dilin üslubi imkanları iki şəkildə təzahür edir: funksional və
fərdi. Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif
sahələrini özündə əks etdirir. Bu zaman dil vasitələrindən ümumi
istifadə olunur. Fonetik, leksik və qrammatik normalara riayət
edilməsi bu üslubların hamısı üçün məcburidir.
Fərdi üslub dil vasitələrindən xüsusi istifadə zamanı meydana
çıxır; hər bir şəxs müəyyən funksional üslub daxilində həm də
fərdi nitq xüsusiyyətlərinə malikdir.
Məsələn, M.Ə.Sabir, H.Cavid və S.Vurğun bədii üslub nümayəndələri
olsa da, onların hər birinin dil vasitələrindən həm də fərdi
istifadə xüsusiyyətləri vardır. M.Ə.Sabirdə daha çox
satirik-yumoristik, H.Caviddə romantik duyğuları əks etdirən,
S.Vurğunda isə ədəbi dilin xalq qoluna aid söz və ifadələrə
üstünlük verilir.