Maddə 52.
Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlı-
lığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan
Respublikasının vətəndaşıdır.
Azərbaycan Respublikasının Konstitusiyası
Vətəndaş dedikdə nə başa düşürsünüz? Sizcə, kim vətəndaş he-
sab edilir?
Nə üçün Ümummilli lider Vətənin taleyini insan taleyinə bərabər
tu-
tur? O bu sözlərlə xalqına hansı fikirləri çatdırmaq istəyir?
Filosof Əbu Turxan deyir ki,
tarixə düşmək özü də uğur hesab edi-
lir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib-çatmaq
və
gələcəyə getməkdir.
Sizcə, dünəndən gələcəyə yol alan insan vətəndaş hesab edilə
bilərmi?
Bölmədə tanış olacağınız mətnlər vasitəsilə oxuduğunuz və eşitdi-
yiniz fikirləri təsdiq etməyə çalışın.