Kökü yerlərə dirək, qayaları sərt, torpağı min ətirli çiçəklərlə dolu dağ!
Sənə baxdıqca dağ mətinliyi, düşmənə dağ çəkən duruşun, üstünə qayaları yağdıran qəzəbin, çəmənində, dumanında itirib dərələrə çırpan bir möhtəşəmliyin görünür. Bir də dörd yanına səpələnmiş dağlar, dərələr, təpələr, talalar, çaylar görünür. Sanki ətrafı anlaşılması çətin olan bir nəzərlə süzüb deyirsən:
- Durun, bax beləcə: çiyin çiyinə, iç içə durun. Həmrəy durun, həmrəyliyiniz neştər torpağın altından, kimi deşsin düşmən gözünü. Qorxmayın, bu həmrəylik bizi həm həm üstündən bizimkilər tərəfdəki torpağa bağlayır.
Yalqız deyilik!
Elə bil arxa-arxaya söykənən bu əzəmətli dağlar bir-birinə:
“Bir
xəbərin, bir ismarıcın varmı vətən tərəfdəkilərə?” - deyir.
Sonra bir dağ içləri oyadan pıçıltı ilə səslənir:
“Baxın, biz
çiyin çiyinə dayanmışıq”.
Ey bu səsi eşitmək istəməyənlər, ayrılıq yanğısını duymayanlar,
bunun üçün
dağ dilini bilmək lazım deyil, Vətəni sevmək kifayətdir.
Düşmənlər cığırlarla zirvələrimizə çıxmaq istəyirlər, zirvə
güllərini dərmək
istəyirlər.
Çənlərimiz, dumanlarımız onları ora çatmağa qoymur, yollarını az-
dırır, qayalara çırpıb çuxurlara atır. O cığırların yolları ancaq
sizlərə açıqdır.
Oradakı min bir ətirli gülləri, xarıbülbülləri sizə saxlamışıq.
Çıxın, zirvəyə
çıxın, cığır sizi gözləyir.
O zirvəyə baxdıqca böyük AZƏRBAYCANI görəcəksiniz.