“Yardım və həmrəylik cəmiyyətin tərəqqisi üçün ən gözəl
vasitədir”.
1. Mətni tələffiiz qaydalarına uyğun şəkildə oxuyun.
Azərbaycan övladı! Sənindir bu məmləkət,
Dayağıdır həqiqət, bayrağıdır məhəbbət.
Yurd sevgisi ocaqdır, qalma bu oda həsrət,
Ömrün boyu alovlan, bu ocaq üçün yaşa!
Bağrına bas bu torpağı isti bir qucaq kimi,
Dəniz kimi dalğalan, çağla gur bulaq kimi.
Bakı nefti Xəzərdə alışsın çıraq kimi,
Dünyanı nurlandıran çilçıraq üçün yaşa!
Yurdun hər qarışında şəhidlərin qanı var,
Qəhrəmanlıq qeyrəti, şəhidlik nişanı var.
Hər dövrün, hər zamanın bir cür imtahanı var,
Tarixə imtahan ver, bu sınaq üçün yaşa!
Dosta məhəbbətdə də, düşmənə nifrətdə də,
Vətənlə görüşdə də, Vətənə həsrətdə də,
Qarabağ savaşına qalxan cəsarətdə də
Son damla qanınadək bu torpaq üçün yaşa!
Azadlıq səhərini həsrət ilə anmısan,
İstiqlal vuruşunda ocaq olub yanımısan,
Üçrəngli bayrağını qanınla qazanmısan.
Yaşa, ey Vətən oğlu, bu torpaq üçün yaşa!
Bu millət üçün yaşa, bu torpaq üçün yaşa!
Zəlimxan Yaqub
“...2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan
edilmişdir. Bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər
keçirilmişdir. Azərbaycan bir daha dünyaya sübut etmişdir ki,
müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir
ölkədə, bir səma altında rahat, ləyaqətlə yaşaya bilərlər.
Azərbaycan multikulturalizm ideyalarının dünyada təbliği işində
müstəsna rol oynayan bir ölkədir.
Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik
Günüdür. Mən bütün dünya azərbaycanlılarını səmimi qəlbdən
salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar bilirlər
və bilməlidirlər ki, onların arxasında möhkəm, güclü Azərbaycan
dövləti dayanır.
Əziz bacılar və qardaşlar, mən sizi Yeni il bayramı və Dünya
Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik
edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram...”
Prezident İlham Əliyevin 2016-cı ildə “Dünya Azərbaycanlılarının
Həmrəylik
Günü və Yeni II münasibətilə Azərbaycan xalqını təbriki”ndən