oxucuya essenin nədən bəhs etdiyini, nəyi müzakirə etdiyini çatdırmalı, əsas ideyanı özündə əks etdirməlidir.
Bu hissədə müəllif essenin əsas mahiyyətini açmalı, fikirləri inkişaf etdirərək onları sübutlarla, istinadlarla təqdim etməlidir.
Təqdim olunan fikirlər nümunələr və təsvirlərlə zənginləşdirilməlidir. Bu hissədə ifadə olunan fikirlər giriş hissədə qısaca qeyd olunmuş ideyaları inkişaf etdirməlidir.
Hər bir abzasın özündə məzmunu əks etdirən cümlə olmalıdır. Bu cümlə abzasın ilk cümləsi olmalı, həmin abzasın əsas ideyasını ehtiva etməlidir.
Müəllif ifadə etdiyi arqumentləri və ideyaları bir daha vurğulayaraq oxucunun diqqətini essedəki fikirlərə cəmləyir. Bu hissə, sadəcə, essenin təkrar olunaraq ümumiləşdirilməsi deyil, sübutlar gətirməklə lazım olan fikirlərin təqdim edilməsidir.