Elmi üslubu digər üslublardan fərqləndirən bir sıra xüsusiyyətlər
vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:
Termin sıxlığı elmi üslubun lüğət tərkibini digər üslublardan
fərqləndirən əsas xüsusiyyətlərdəndir. Terminlərin digər
üslublarda işlədilməsi mümkündür, lakin vacib deyil. Elmi üslubu
isə terminlərsiz təsəvvür etmək mümkün deyil.
Sözün elmi üslubdakı əsas işinə onun terminoloji funksiyası
deyilir.
Məsələn:
-
Sifətlər isimdən əvvəl işləndiyi kimi,
isimlərdən əvvəl başqa
isimlər də işlənə bilir
və bu məqamda onlarda
atributivlik
əmələ gəlir.
(Q.Kazımov, “Müasir Azərbaycan dili”)
-
Qələvilər metallardan yalnız
amfoter metallarla
(Be, Zn, Al), qeyri-metallardan isə yalnız
Si ilə
qarşılıqlı təsirdə olduğu zaman
H2 qazı ayrılır.
(“Kimya” kitabından)
-
Kalsium və fosfor sümük toxumasının hüceyrəarası
maddəsinin yaranmasında iştirak edərək sümüklərə möhkəmlik
verir.
(“Biologiya” kitabından)
Dilimizdə elə sözlər var ki, onlardan həm elmi üslubda, həm də
digər üslub-
larda istifadə olunur. Bu halda onlar elmi üslubda terminoloji
funksiya daşıyır.
Aşağıdakı cümlələrdə su və turşu sözlərinin işlənmə məqamına
diqqət yetirin.
-
Suyun parçalanması reaksiyasında 2H
2O(m) = 2H
2(q) + O
2(q) - 572kC xarici mühitdən istilik enerjisi udulduğu üçün
sistemin öz enerjisi artır.
(“Kimya” kitabından)
-
Yük ağır, yol uzaq.
Nə alaf var doyunca, nə su.
(R.Rza)
-
SO
2, CO
2,
SO
3 kimi turşu oksidləri ikiturşulu
qələvilərlə mol nisbətindən asılı olaraq, müxtəlif cür
reaksiyaya daxil olur və müxtəlif məhsullar alınır.
(“Kimya” kitabından)
-
Turşu hazırlayarkən öncə tərəvəzlərin ölçüsünə diqqət etmək
lazımdır.
(“Kulinariya” kitabından)
Deməli, elmi üslubda terminlərlə yanaşı, yerinə görə termin
səciyyəli sözlər də işlənir.