Tailandlıların Su bayramı bizim təqvimlə
13 apreldən 15 aprelə qədər davam edir. Bu tarix
tailandlılar üçün ilin ən vacib günüdür və “Bud-
danın suya
salındığı gün” kimi də tanınır. Tailand-
lılar suyu bütün
varlıqların Allahı və gözəlliyin,
təmizliyin, əzəmətliliyin simvolu hesab edirlər.
Qrayalılar çayın ətrafında məskən salmışdılar. Bir gün bərk yağış yağdı. Əkin sahələri, ağaclar suyun altında qaldı, malqaranı su yuyub apardı. Qrayalıların əllərini göyə açıb yağışa lənət oxuduğunu eşidən bulud səmanı tərk etdi. Hər tərəfi duman bürüdü. Qrayalılar nə gündüzlər günəşi, nə də gecələr ayı, ulduzları görə bildilər.
Günlər ay, aylar il oldu, amma duman çəkilmədi ki, çəkilmədi. Qrayalılar isə nə yemək yeyir, nə də su içirdilər. Elə hey fasiləsiz yatırdılar. Hamısı da eyni yuxunu görürdü. Yuxuda bulud aya, ulduzlara, günəşə kəndin sakinlərindən şikayət edirdi:
- Mən gedirəm, bir də yağış yağdırmaram! Bir damla belə yağış göndərmərəm bu məmləkətə!
Günəş: “Nə səbəbə?”
Bulud: “Eşitmədinmi, necə qarğış tökdülər?!”
Ay: “Onda biz də gedirik. Nə mən, nə də mənim ulduzlarım gecələr səmanı bəzəməyəcəyik! Qoy işıqsız qalsınlar!”, - dedi.
Günəş: “Mən gündüzlər yeri isitməyəcəm!”
Yeddi il ötdü. Qrayalılar yuxudan oyandılar. Duman çəkilib getmişdi, amma adamların hamısının saç-saqqalı ağarmış, bütün sakinlər qocalmışdı. Sən demə, duman sehrliymiş. Hər şey yuxudakı kimi idi. Günəş də yerində yox idi. Elə soyuq idi, elə soyuq idi ki, gəl görəsən. Artıq qrayalılar səhvlərini anlamışdılar. Toplaşıb yağışı çağırmağa başladılar. Yağışı, buludu vəsf edən nəğmələr oxudular, bulud üçün rəqs etdilər.
Günəş dağların arasından boylandı. Ay ulduzlarım gecələr səmaya səpələdi. Qrayalılar günlərlə yatmadılar, səhərlər illərlə həsrət qaldıqları günəşə, gecələr aya, ulduzlara tamaşa etdilər.
Yağış yağdı, nə yağdı, hər tərəf yaşıllaşdı, çayın suyu aşıb-daşdı...