İslandiya Rəssamlıq Akademiyasının tələbəsi Ari Jonson plastik tullantıların zərəri haqqında düşünərək onların istehsalının azaldılma üsulunu təklif edib. Belə ki o, yosunlar vasitəsilə özü-özünə çürüyən ekoloji təmiz butulkalar hazırlayıb. Ekoloji təmiz məhsulun yaradılması üçün o, dünyanın bir çox dənizlərində var olan qırmızı yosunlardan istifadə edib. Yosunların bəzi növləri qidalara da əlavə olunur. Yəni onlar tamamilə zərərsizdir. Ari qurudulmuş yosunlardan əldə olunmuş tozu suya qataraq qatı qarışıq alıb. Daha sonra o həmin qatı qarışıqdan butulkalar düzəldib. Hazırlanmış butulkanın tərkibində maye olduğu müddətdə o öz formasını saxlayır. Maye olmayanda butulkanın forması dəyişərək ölçüsü azalır və ətraf mühitə heç bir zərər vermədən təbii şəkildə çürüyür.
Yosunlardan hazırlanmış butulkalar İslandiyada keçirilmiş Design March dizayn festivalında təqdim olunmuşdu. Ari Jonsonun fikrincə, bu cür istehsal üsulunu daha irimiqyaslı sahələrdə tətbiq etmək olar. Onun sözlərinə görə, mütləq material kimi yosunların istifadəsi şərt deyil. Belə ki bu cür butulkaların tərkibində olan mayenin bir qədər spesifik dadı olur. Hər halda bu innovativ fikir insanlığı ekoloji cəhətdən daha təmiz ixtiralara yönəldə bilər.
Torpaq və Dünya okeanı çirklənmədən əziyyət
çəkməsin deyə həmin plastik tullantılardan.........