"Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının
ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən edilməsi"
1.
Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və
Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Su Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən
hazırlanmışdır.
2.
Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik,
üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər
təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim
müəyyən edilmiş ərazidir.
3.
Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları
müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə
əlavə məhdudiyyətlər tətbiq edilir.
4.
Su mühafizə zonalarının ərazisində xüsusi rejimə əməl
edilməsi, su obyektlərinin hidroloji, hidrokimyəvi,
hidrobioloji, sanitar-ekoloji vəziyyətinin yaxşılaşdırılması
və onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə
təbiəti mühafizə tədbirləri kompleksinin tərkib hissəsidir.
6.
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının
ölçüləri, sərhədləri və istifadəsi rejimi Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq edilir.
21.
Su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının
sərhədlərinin müəyyən edilməsi və onların hüdudlarında
istifadə rejiminin təyin edilməsi barədə əhali müəyyən olunmuş
qaydada məlumatlandırılır.
22.
Su mühafizə zonalarında qadağan edilir:
-
aviasiya vasitəsilə bitkilərin pestisidlərlə
tozlandırılması, bitki ziyanvericilərinə, xəstəliklərinə və
alaq otlarına qarşı kimyəvi mübarizə vasitələrindən
istifadə edilməsi, torpaqların