“Su axarında salınan el-oba
barlı-bəhrəli olar”.
Su planetimizin tarixinin təməlidir,
hər şeyin tərkibinə daxildir və onu əhatə
edir.
Azərbaycanda suyun müqəddəsliyi,
onun (qorunmasının, mühafizə edilmə-
sinin)
əhəmiyyəti şifahi xalq ədəbiyya-
Dünya Ehtiyatları İnstitutunun qiymətləndirmələrinə görə, 13 ölkə dünyanın ən su ilə təmin olunmayan dövləti sayılmışdır.
Su davamlı bir tarazlıq içində “müəyyən bir miqdar”a uyğun olaraq dövr edir. Yer üzündə həyatın davamı da su dövriyyəsi sayəsində təmin olunur.
1Fransanın “Solidarites International” Xeyriyyə Təşkilatının təqdim etdiyi rəqəmlər də diqqətçəkicidir. Onların hesablamalarına görə, hazırda 7 milyardlıq Yer əhalisinin 1,9 milyardı təmiz içməli suya möhtacdır.
Əhalinin sayının artması ilə içməli suya və ərzaq məhsullarına (tələbat da, ehtiyac da) (yüksəlir, artır). BMT ekspertlərinin proqnozlarına görə, 2050-ci ildə qidaya və suya tələbat müvafiq olaraq 70% və 20% arta bilər, bu zaman qlobal suya tələbat dünyanın içməli su ehtiyatlarının, demək olar ki, 90%-nə təsir göstərəcək.
İnkişaf edən dünyanın bir çox regionlarında təhlükəsiz içməli su və ərzaq məhsullarının istehsalı üçün istifadə olunan təmizlənmiş su ilə bağlı xidmətlər eyni deyil. Əgər heç bir tədbir görülməzsə, 2030-cu ildə 5 milyard insan, yəni planet əhalisinin 67%-i kifayət qədər təmizlənmiş suya möhtac qalacaq.
Təəssüf ki, müasir texnogen dünya külli miqdarda su “içir”, su adlandırılması mümkün olmayan “mənbələrin” isə içilməsi həyat üçün təhlükə törədir. Yəni zaman keçir - suyun keyfiyyət göstəriciləri dəyişir.