23.
Mətndə kursivlə verilmiş cümlələrdə (səh. 64, 66) durğu
işarələrini bərpa edin. Sizcə, durğu işarələrinin işlənməsi nitqin
düzgünlüyünü və dəqiqliyini necə təmin edir? Durğu işarələri hansı
praktik əhəmiyyətə malikdir?
1-ci addım
Hər hansı bir obyekt və ya hadisə seçin.
Seçdiyiniz obyekt və ya hadisə haqqında düşünün, onunla bağlı
məlumat toplayın.
Seçiminizdən asılı olaraq, canlı müşahidə də apara bilərsiniz.
Topladığınız məlumatları sistemləşdirin.
Yazınızın tipinə uyğun üslub seçin.
2-ci addım
Obyektdən aldığınız təəssürat əsasında inşa,
esse, məqalə yazın və ya təqdimat hazırlayın.
Seçdiyiniz obyektin sizin qəlbinizdə oyatdığı hissləri təsvir
edin.
Yazınızı zənginləşdirmək üçün bədii nümunələrdən (şeir, aforizm,
poetizmlərdən və s.) istifadə edin.