12.
Aç feilinin mətndəki mənasının həqiqi və ya məcazi mənada
olduğunu əsaslandırın. Həmin feili aşağıda təklif olunan mənalarda
işlədin. Onların həqiqi, yaxud məcazi mənada olduğunu
əsaslandırın.
13.
Sükut ələndi birləşməsində ələndi sözü hansı sözü
əvəz etmişdir? Sükut və ələndi sözlərinin yanaşı
işlənməsi hansı üslub üçün xarakterikdir? Ələndi sözü
məişət üslubunda hansı mənada işlənir? Həmin sözü cümlədə işlədib
hər iki mənanı müqayisə edin.
14.
Ecazkar, qəribə, xariqüladə sözlərini cümlədə işlətməklə
yaxınmənalı sözlər olduqlarını əsaslandırın.
15.
Yaşıl rəngdə verilmiş cümlədə çiçəkləyən sözünü hansı sözlə
əvəz etsəniz, cümlə daha düzgün olar? Mətnin 1-ci abzasında ardıcıl
işlənən iki cümlədə dünya sözü işlənmişdir. 2-ci cümlədə
təkrar olmamaq üçün nə etmək lazımdır?
16.
Mətndə birinci cümlədə (səh. 64)
başına toplaşmışdı ifadəsini hansı sözlə əvəz etmək olar?
Sözü müəyyənləşdirdikdən sonra hər iki ifadəni müqayisə edin.
Sizcə, nə dəyişdi?
17.
Çərçivəyə alınmış cümlələrdə məzmunu saxlamaq şərtilə sözləri
digərləri ilə əvəz edin.
18.
“Nar çiçəyi” birləşməsində çiçək sözünü gül sözü ilə
əvəz etmək olarını? Niyə? Gül və çiçək sözlərinin
leksik mənalarını tapın, bu sözlərin bir-birini əvəz
edib-etməməsini müəyyənləşdirin. Fikrinizi nümunələrlə
əsaslandırın.
19.
Mətndə (səh. 64—65) altından xətt çəkilmiş cümlələrin quruluşunu
müəyyənləşdirin, onları fərqli quruluşda yazın.
20.
Mətndə (səh. 65) tünd şriftlə verilmiş cümlələrin sxemini qurun.
21.
Mətndə (səh. 65) göy rəngdə verilmiş cümlələri elə dəyişin ki:
- həmcins üzvlü cümlə;
- tabesiz mürəkkəb cümlə;
- tabeli mürəkkəb cümlə şəklində olsun.