2.
Mətnin adına münasibət bildirin. Nə üçün M.Səməd öz əsərini belə
adlandırmışdır?
3.
Bu fikirlərdən hansılar mətndə (səh. 64-66) yoxdur?
A) S.Bəhlulzadə mükəmməl rəssamlıq təhsili almışdır.
B) Amerikalı rəssam S.Bəhlulzadənin əsərlərinin ətraflı
təhlilini verir.
C) Ətrafdakılardan S.Bəhlulzadə haqqında geniş məlumat almaq
istəyir.
D) Mətndə S.Bəhlulzadənin hansı məqsədlə rayonlara
getdiyinin səbəbi açıqlanır.
4.
Sizcə, amerikalı rəssamın gördüyü tablolarda heyrətinə səbəb nə
idi? S.Bəhlulzadənin tabloları əsasında amerikalı rəssamın
heyrətinə səbəb olan məqamları müəyyən edin.
5.
Mətnə əsasən (səh. 64—66) S.Bəhlulzadənin sənət dünyası haqqında
fikir yürüdün.
6.
Nar çiçəyinin rənginə və tablolara əsasən S.Bəhlulzadənin rəng
dünyası haqqında söhbət aparın.
7.
Mətndə (səh. 64—66) hansı cümlə və yaxud da hansı hadisə
S.Bəhlulzadənin qeyri-adi sənətkarlığı haqqında dolğun təsəvvür
yaradır?
8.
Amerikalı rəssamın “İlk baxışdan görünür ki, bu əsərləri o,
savad
gücünə deyil, ilham gücünə yaradıb” cümləsində ifadə olunan fikri
izah edin və ona münasibət bildirin. Sizcə, amerikalı rəssam
S.Bəhlulzadənin rəssamlıq təhsilinin olmamasınamı işarə edir,
yaxud əksinə?
9.
Mətndə hansı hadisənin təqdimində yanlışlıq vardır? Fikirlərinizi
nə ilə əsaslandırarsınız?
10.
Fikirləri oxuyub ideya baxımından eyni olduğunu əsaslandırın.
"Mən rəssamam. Rəssamlıq
mənə inamımı, ümidimi həyata
keçirmək üçün nəfəs aldığım hə-
yatımdır. Fikrimi,
düşüncəmi yaz-
maqdan daha çox firça işlətməyi
sevirəm. Bütün yaradıcılığımı səni
- doğma diyarı tərənnüm etməyə
həsr etmişəm. Bunu böyük iftixar
hissi ilə deyirəm. Bundan sonra
yüz ömrüm olsa, yenə də səni vəsf
etməyə həsr edərəm ”.
Səttar Bəhlulzadə
“Bir insan kimi, bir sənətkar
kimi Bəhlulzadədə insanı cəlb edən
nədir?
Xasiyyətindəki mehribanlıq, sə-
nətində yüksək istedad və
doğma-
lıq.
Mən burada "doğmalıq” sö-
zünü təsadüfən işlətmədim.
Çünki
Səttarın hər bir tablosu elə bil ki
doğma Azərbaycanın canlı və tək-
rarsız bir guşəsidir... ”
Ömər Eldarov, Xalq rəssamı
-
Sizcə, S.Bəhlulzadəni rəssam-vətəndaş adlandırmaq olarmı? Onun
vətənə olan münasibətini Ü.Hacıbəylinin və Z.Yaqubun vətəninə olan
münasibəti ilə müqayisə
edin. Nəyi müşahidə etdiniz? Sizcə, bir şagirdin şagird-vətəndaş
adlandırılması üçün
o nə etməlidir?
11.
Əsl sənətkar necə olmalıdır? sualına bir cümlə ilə necə
cavab verərdiniz?