20.
İlk iki misrada (səh. 58) defislə yazılan sözlərin quruluşunu
deyin, əmələgəlmə yollarını və üslubi imkanlarını izah edin.
21.
Sizcə, şeirdə ismi xəbərlər niyə -dir4
şəkilçisi ilə deyil, -di4
ilə verilmişdir? Şeirin 2-ci misrasmda ixtisar olunan nədir? Bunun
səbəbini izah edin.
22.
Şeirin sintaksisini araşdırın. Hansı cümlələrdən daha çox istifadə
edilmişdir? Şeirdə fərqlən-
dirilmiş hissədə neçə cümlə var? Həmin hissədə durğu işarələri
düzgünmü işlənmişdir?
23.
Şeirdə söz sırası pozulmuş cümlələri müəyyənləşdirin. Söz sırasını
bərpa etmiş olsaq, bu hansı dəyişikliyə səbəb olar? Şeirin bədii
xüsusiyyətləri daha da zənginləşər, yaxud əksinə? Niyə belə hesab
edirsiniz?
24.
Ailənizi qollu-budaqlı bir ağaca bənzədin. O ağacını “kök”ündə kimi
görürsünüz? Şəkil əsasında ailə ağacınızı tərtib edin.
-
Türk dillərinin yarımqrupları və onların qolları haq-
qında
məlumat toplayıb onu ailə ağacı şəklində
qruplaşdırın.
-
İlkin təsəvvürün formalaşması üçün YouTube kana-
lından
“Anayurt marşı ”nı (‘‘Özbək, Türkmən, Uyğur,
Tatar, Azər bir boydur") dinləyin.
25.
“Azərbaycan - dünyam mənim” adlı:
- Görüntülü təqdimat hazırlayın.
- Publisistik üslubda mətn hazırlayın.
Belə mətnlərin hazırlanması üçün, ilk növbədə,
aşağıdakı ardıcıllığa riayət etmək lazımdır.
Plan:
1. Mövzu ilə bağlı materialları araşdırın, lazım olanları seçin.
2. Topladığınız materialları sistemləşdirin.
3. Publisistik üsluba verilən tələbləri diqqətlə gözdən
keçirin,
onları hazırlayacağınız mətnə tətbiq edin.
4. Daha sonra yazınızda yeri gəldikcə poetizmlərdən istifadə
edin.