9.
Şeirdə Azərbaycan təbiəti tərənnüm olunur. Eyni zamanda şair
ittiham edir. Sizcə, şairi narahat edən problemlər hansılardır?
Şair niyə insan övladının qarşısında yüksək tələblər qoyur?
Tərənnüm və ittihamın olduğu tnisralan seçin, cavablarınızı
əsaslandırın.
10.
Z.Yaqub çap olunan kitablarından birini “Özün basdırdığın ağaca
söykən” adlandırmışdır. Sizcə, şair niyə belə deyir? Bu hökmün
arxasında şairin hansı fikirləri təbliğ olunur?
11.
9-cu sinifdə keçdiyiniz “Ağacın hekayəsi” mətnini xatırlayın.
Ağacm “dedikləri” ilə Z.Yaqubun “Özün basdırdığın ağaca söykən”
deyimi arasındakı bağlılığı müəyyənləşdi-
rin.
12.
“Böyük ömrün dan yeri” mətnində Üzeyirin “müəllim-vətəndaş”
ifadəsi ilə Z.Yaqubun “şair-vətəndaş” mövqeyini müqayisə edin.
13.
Şeirdən istifadə edərək sxemi tamamlayın və fikirlərinizi şərh
edin. Bunun üçün şairin qarşılaşdırdığı obyektləri müəyyənləşdirin
və bənzətmələrdə gizlənən fikirləri şərh edin.
Bənzətmələr
səs
dalğalandı
14.
İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsərindən verilən
hissəni oxuyun. Təbiət təsvirlərinə diqqət yetirin.
May ayının gözəl bir günü idi. Bütün təbiətin canlandığı və
bəzəndiyi bir zamanda Azərbaycan bəylərinin birinin Səadət
adında yeganə bir qızı sübh vaxtı günəş şərq tərəfdən doğmağa
başlarkən kiçik, lakin gözəl bir evdən çıxıb xoş bir hava ilə
oxşanmaq