1.
Hansı xüsusiyyətlər “Təbiət Allahın şah əsəridi” şeirinin bədii
üslubda olduğunu deməyə əsas verir? Şeirə əsasən bədii üsluba
məxsus, ən azı, səkkiz xüsusiyyət sadalayın.
Bədii üslubun xüsusiyyətləri
2.
Nə üçün “Təbiət Allahın şah əsəridi” şeirinə Səməd Vurğunun
şeirindən epiqraf verilmişdir? Şeirlər arasında məzmun baxımından
hansı əlaqəni görürsünüz? Səməd Vurğundan verilən epiqrafla şeirin
ideya və məzmununu müqayisə edin. Siz hansı sitatı epiqraf kimi
verməyi təklif edirsiniz?
3.
Şair təbiətlə insan arasındakı bağlılığı necə təqdim edir? Həmin
misraları seçib oxuyun, fikirlərinizi əsaslandırın.
4.
Şeirdə Azərbaycan təbiəti necə vəsf olunur və şairin hansı
emosiyaları ifadə olunur?
5.
Necə bilirsiniz, “Təbiət Allahın şah əsəridi” şeirində surət
varmı? Fikirlərinizi
əsaslandırın.
6.
Cümləni tamamlayın.
Şairə görə, təbiət...
7.
Şeirə əsasən demək olar:
- Şair dağların döyüş məskəni olduğuna işarə edir.
- İnsan yaratdığı təbiəti Allahın şah əsəri hesab edir.
- Suyun çəkilməsi yaşıllığın məhvi deməkdir.
- Şair yaşıllığı məhv edənlərə öz etirazını bildirir.
-
Şair susuz əraziləri kaman və neylə ifa olunan musiqiyə
bənzədir.
8.
Bu suallardan birinə mətndə cavab yoxdur?
A) Qayalar nə üçün heykəllərə bənzədilir?
B) Təbiət insanın formalaşmasına necə təsir edir?
C) İnsan nə üçün təbiət qarşısında cavabdehdir?
D) Dağların ucalığını bildirmək üçün şair hansı üsuldan
istifadə edir?
E) Şairə görə, dağlara can verən kimdir?