Şimşəkdən öyrəndi qəzəbi insan,
Coşdu tufan kimi, zəlzələ kimi.
Dalğanı görəndə daldı xəyala,
Dəniztək qabardı, çəkildi insan.
Rəssamdı dağların şəklini çəkən,
Daşlara can verən heykəltaraşdı.
Dağı görməyənin gözləri bağlı,
Daşı duymayanın ürəyi daşdı.
Təbiət eşqinə, sənət eşqinə
Nə qədər ürəklər yandı, əridi.
İnsan əsər dedi yaratdığına:
- Təbiət Allahın şah əsəridi!
Əli baltalılar ayaq saxlasın,
Yaşım kəsənlər başını kəsər.
Qurudar suyunu gen dərələrin,
Yazını, yayını, qışını kəsər.
Qışda qan yağmaz, yazda yağışı,
Naləsi kamana, neyə çəkilər.
Bir parça yaşıllıq görmək istəsə,
Yağlı əppək olub göyə çəkilər.
Qaynar çeşmələri duru
saxlamaq,
İşığı qorumaq, nuru
saxlamaq,
Torpağın ruhunu diri saxlamaq
İnsanın ən böyük cavabdehliyi,
Bəşərin ən böyük dərdi-səridi.
- Təbiət Allahın şah əsəridi!
Şeirin ilk iki
misrasında şair
bədii üslubun
hansı şərtindən
bəhrələnmişdir?
Şairin yaratdığı
təbiəti duymayan
insan obrazını
səciyyələndirin.